Bəziləri prezidenti tərifləyib, özünə qalxan yaradır...
![]()
Bəzi adamlar yeni taktika seçiblər. Elə keçmişdə də belə şeylər var idi. Mən neçə illərdir parlamentin üzvüyəm və müşahidələr aparıram. Bu taktika nədən ibarətdir; Prezidenti tərifləyək və bundan özümüzə qalxan yaradaq, yerdə qalanları tənqid edək.
Bu sözləri YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müsahibəsində deyib.
S.Novruzov MM-də müzakirələrə də toxunub:
“Məsələn, hökumətin hesabatı olur, bir naziri tərifləyir, sonra da deyir mən hökumətin hesabatını qeyri-qənaətbəxş hesab edirəm. Bu da hökumətin üzvüdür də. Bu, köhnə. işlənilmiş taktikadır, məlumatımız var.(musavat.com)Söhbət ümumi komandanın fəaliyyətindən gedir, ona da nəzarət cənab prezidentdədir. Cənab prezident də kim çalışırsa, onunla əlaqədar qərar qəbul edir, vəzifəsini böyüdür, başqa işə keçirir, çalışmayan haqqında da qərarını verir, vəzifədən azad edir. Hətta korrupsiya və rüşvətlə məşğul olan haqqında cinayət işi qaldırılır”.
Rubrika.az
Facebook-da paylaş













