Paris metrosunda güclü partlayış

Fransanın paytaxtı Parisdə metroda güclü partlayış baş verib.
Insident paytaxtın İtaliya meydanı yaxınlığında qeydə alınıb.
Partlayış nəticəsində 8 nəfər yaralanıb. Onların vəziyyətləri barədə məlumat verilmir. Polis təşvişə düşən sərnişinləri stansiyadan təxliyə edib.(APA)
Partlayışın qısa qapanma nəticəsində baş verdiyi bildirilir. Terror aktı versiyası nəzərdən keçirilmir.
rubrika.az
Facebook-da paylaş










