Ruhani: “Bizimlə ehtiramla danışıq lazımdır”

İran öz ünvanına səsləndirilən bütün təhdidlərlə sərt cavab verəcək.
Bunu İranda İslam inqilabının qələbə qazanmasının 38 illiyi münasibəti ilə təşkil edilən mitinqdə çıxışı zamanı İran Prezidenti Həsən Ruhani söyləyib.
“Bir müddət öncə hakimiyyətə gələn bütün siyasətçilər, xüsusilə, ABŞ-da bilməlidirlər ki, İranla ehtiramla danışıq lazımdır. İrana qarşı təhdid dilindən istifadə edən hər kəs buna görə peşman olacaq. İran xalqı istənilən təhdidə sərt cavab verəcək. Biz heç bir halda inqilab yolundan dönməyəcəyik”, – o bildirib.
rubrika.az
Facebook-da paylaş












