Baş Prokurorluq: "Azərbaycan Lapşinə görə Ukraynaya müraciət etməyib"

"Azərbaycan Baş Prokurorluğu blogger Aleksandr Lapşinin ekstradisiyası üzrə sorğu ilə Ukraynaya müraciət etməyib”.
Bunu açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.
Onun sözlərinə görə, Baş Prokurorluqda Ukraynadakı həmkarlarına müraciət etmək üçün motiv olmayıb, çünki bloggerin axtarışı ilə İnterpol məşğul olurdu. Azərbaycan Baş Prokurorluğu Aleksandr Lapşinin ekstradisiyası üçün yalnız Belarus Baş Prokurorluğuna müraciət edib, o da onun tutmasından sonra.
Xatırladaq ki, bir az əvvəl Regnum agentliyi Azərbaycan Baş Prokurorluğunun, blogger Aleksandr Lapşinin, ölkənin ərazi bütövlüyünün pozulmasına ictimai çağırışlar etdiyinə və sərhədi keçmək üçün lazımlı sənədlərinin olmadığına görə, Azərbaycana verilməsi xahişi ilə Ukraynaya müraciət etdiyi, amma Bakı ermənisi olan daxili işlər naziri Arsen Avakovdan imtina cavabı aldığı və məhz bundan sonra Belarusa müraciət etdiyi barədə məlumat yaymışdı.
Rubrika.az
Facebook-da paylaş
















