Nazirin “İsgəndər” və təhdid xəbərdarlığı – Şərh
![]()
Rusiya daxili iqtisadi çöküşünü xilas etmək üçün xarici amillərdən istifadəni dayandırana qədər Dağlıq Qarabağ münaqişəsinin həlli mümkünsüzdür. Cənab Məmmədyarovun da açıqlamasından görünür ki, danışıqlar prosesi dalana dirənib, ölü nöqtədədir.
Bu sözləri politoloq Azər Rəşidoğlu Xarici İşlər naziri Elmar Məmmədyarovun Rusiyanın Ermənistanda hərbi bazası ilə bağlı açıqlamasını şərh edərkən Şərq-ə deyib. Onun sözlərinə görə, əslində, problem Azərbaycanın sülhə hazır olmasında, İrəvan və havadarlarının isə buna hazır olmamasındadır:
“Bu prosesinn yerindən tərpənməsi istiqamətində razılaşma əldə olunacağı da inandırıcı deyil. Münaqişə tərəfləri hər hansı kompromisə razı olsaydı, artıq ictimai rəyin buna hazırlanması prosesi başlayardı”.
Politoloqun sözlərinə görə, Ermənistan Prezidenti Serj Sarkisyanın "küncə sıxılması” da proseslərə mənfi təsir göstərir: “Onun hansısa kompromisə getməsi siyasi baxımdan iflası ilə nəticələnər. Bu baxımdan, İrəvandan kompromis gözləmək yersizdir və rəsmi Bakı öz torpaqlarını başqa yolla azad etmək barədə düşünməlidir”.(axar.az)
Qeyd edək ki, Elmar Məmmədyarov Ermənistanda rus bazasının sovet dövründən mövcud olduğunu xatırladaraq, Azərbaycanın təhdid və çağırışlara hazır olmasının vacibliyini önə çəkib. Nazir həmçinin Ermənistandakı “İsgəndər” raketlərinə də münasibət bildirib:
"Əgər nə zamansa bir tərəf addım atırsa, təbii olaraq digər tərəf cavab verməlidir. İndiki halda biz bilirik ki, Ermənistana "İsgəndər” verilib. Lakin onların kodlarının kimdə olması bilinmir”.
Rubrika.az
Facebook-da paylaş








