İrandan ilginc addım - Azərbaycandan borc alıb, Ermənistana yardım edir

İranın dövlət banklarından biri üçüncü İran-Ermənistan elektrik xəttinin tikintisi üçün 84 milyon dollar maliyyə vəsaiti ayırıb
Bu haqda politoloq Elxan Şahinoğlu məlumat verib. Bildirib ki, bununla da İran işğalçı Ermənistanı dəstəklədiyini nümayiş etdirir: "İranın dövlət strurkturları Ermənistanın tamamən taqətdən düşməməsi üçün içğalçıya dəstək verirlər, İrəvanı ayaqda tutmağa çalışırlar.(politika.az)Bəs yaxşı Tehranın Ermənistana kredit ayırması üçün pulu varsa, Rəşt-Astara dəmiryolunun tikintisi üçün niyə Azərbaycandan maliyyə alır?”
Elxan Şahinoğlu onu da əlavə edib ki, Azərbaycan Beynəlxalq Bankı Rəşt-Astara dəmir yolunun tikintisi üçün İrana 500 milyon dollar kredit ayırıb.
Rubrika.az
Facebook-da paylaş












