247 saylı orta məktəbin bir qrup müəllim kollektivindən yazıya MÜNASİBƏT (ARAŞDIRMA)

Saytımızda 21.02.2017-ci il tarixdə «Nihal Hacıyeva 247 saylı məktəbdə təhsil sistemini çökdürür - BŞTİ-də vəzifə tutan anası tərəfindən himayə olunan direktordan ölkə başçısına şikayət edildi» başlıqlı məqalə dərc edilmişdir. Məqalə ilə bağlı redaksiyamıza çoxlu sayda müraciətlər daxil olmuşdur. Biz də öz növbəmizdə «KİV haqqında» qanunu əsas tutaraq, «Rubrika.az» saytı olaraq jurnalist araşdırması apardıq. Araşdırmanın nəticəsi olaraq, jurnalist Aqşin Əliyev məqalədə 247 nömrəli məktəbin direktoru Nihal Hacıyeva və anası Yaqut xanımla bağlı qeyd etdiyi nüansların həqiqətə uyğun olmadığı, eyni zamanda, həmin yazıda göstərilən yalan məlumatların məktəbin yeni rəhbərinə qarşı "kampaniya" xarakterli olduğu təsdiqini tapmışdır.
Rubrika.az
Facebook-da paylaş















