Təhsilin bərbad vəziyyətə salınmasında İcra başçısı və Mikayıl Cabbarov günahkardır... - ŞİKAYƏT

Ötən ilin yanvar ayından Sabirabad mərkəz olmaqla Təhsil Nazirliyinin 12 saylı regional hesablama mərkəzi yaradılıb. Bu mərkəzə də “bəh-bəh”lə Sabirabad mədəniyyət və turizm şöbəsində baş girələmiş, baş mühasib Elxan Əsədovu gətiriblər.
Elxan kimdir?! Bakı maliyyə kredit texnikomunda oxuyub. Əvvəllər Mərkəzi xəstəxanada işləyib. Baş həkim Zakir onu yarıtmaz işinə görə işdən qovub. Nəhayət rayon mədəniyyət şöbəsində işə düzələ bilib. Özü də orta ixtisas təhsili ilə. Son 4 ilə qədər o elə həmin təhsillə də mədəniyyətdə kitabxanıçılara qənim kəsilib. Gedin soruşun. Hər ay hər bir kitabxanıçıdan 30 manat, mədəniyyət evlərindən 50 manat həzm-rabədən keçirib. Ramazanov Əhməd Apoş oğlu bu idarəyə müdür təyin ediləndən sonra Elxanın da gülü çırtlayır. Müdür-mühasib əl-ələ verib şad-xürrəm yaşayırlar.Sonradan qərar verilir ki, Mədəniyyət şöbələrinin aparatınin işçiləri dövlət qulluğu statusunu daşıyacaqlar. Baş mühasib də ancaq ali təhsilli ola bilər. Orta ixtisas təhsilli Elxan da tez əlimyandıya düşür.
Özünün yaxınlarına dediyinə görə 3000 dollara BHC691766 nömrəli saxta ali təhsil diplomu alır.Onun güya qiyabi təhsil aldığı Cənubi Rusiya Humanitar İnistitutunun Bakı filialı ümumiyyətlə qanunsuzdur..2006-cı ildə Təhsil Nazirliyi ölkədə qanunsuz fəaliyyət göstərən 17 ali təhsil müəssisəsinin siyahısını açıqlayıb. Siyahıda adıçəkilən müəssisə də yer alır. Həmin gündən o bu saxta diplomla mədəniyyət şöbəsinin baş mühasibi kimi daha bərkdən bağırmağa başlayır. Nə istəyirsə onu da edir. Cinayət ortağı şöbənin müdiri Əhməd Ramazanovu qoyaq bir qırağa, İcra Hakimiyyəti onun da bütün özbaşınalıqlarına göz yumur. Demə icra başçısı Nazim İsmayılovun mədəniyyət və turizm şöbəsinin müdiri Əhməd Ramazanovla yanaşı Elxana da xüsusi “simpatiyası” var imiş. Nazim İsmayılov Sabirabadda “tozsoran” ləqəbi ilə tanınır. Kişinin oğlu 1 manata da göz dikdiyinə görə bu “şərəfli” ada layiq görülüb. Heç şübhəsiz o belə yağlı tikələri əldən verməzdi. Odur ki, ötən ilin axırlarında Sabirabad mərkəz olmaqla regional Təhsil şöbəsi üçün kadr axtarışında Əhməd Ramazanov “müsabiqədən” üzüağ çıxır. N.İsmayılov bu məqsəd üçün ona Nazirliyə vermək üçün təqdimat da yazır. Özüdə 2 dəfə. Əhməd də fikirləşdi ki, işi baş tutarsa verdiklərini çıxarmaq üçün mütləq mühasibatlıqla “külüngü” bir yerə vurmalıdırlar. Odur ki, mühsibatlığa rəhbərliyi öz baş mühasibi Elxanın namizədliyini verir. Arada küllü miqdarda pul-100 min manat (bu gün rayonda hamının bildiyi) olduğuna görə başçı bu təkliflə göydə razılaşır. Ona da sözsüz-söhbətsiz təqdimat verir. Nazirlikdə Əhməd Ramazanova deyirlər get hələ fikirləşirik. Ancaq Nazim İsmayılovun xeyir-duası və Nazirliyin iqtisadiyyat şöbəsinin müdiri Rauf Orucovun yaxından “dəstəyi” ilə Elxan oldu 12 saylı regional hesablama mərkəzin rəisi. Pul-para elə gözlərini bağladı ki, nə İsmayılov, nə də ki, Nazirlikdə onun diplomunun saxta olduğuna fikir vermirlər. Deyək icra hakimiyyətində Nazim İsmayılovu başqa şey düşündürür, bəs təhsil nazirliyində Kənan Quliyevin müdir olduğu daxili nəzarət şöbəsi hara baxırdı.
Elxan Əsədov bir az da qabağa gedərək karrı puluna güvənərək rayonun icra başçısından qızı Könül Əsədovanı da rayonun ən böyük məktəblərindən olan Nizami Gəncəvi adına 5 saylı məktəbə direktor razılığını alır. Bu məktəbdə vur-tut 5 ay işləməsinə baxmayaraq, özünün dediyinə görə 30 min manata Könül də olur həmin məktəbin direktoru. Bu xanım məktəbdə həmişə intiriqaçı, ağır nevroz bir adam kimi xarakteriza olunur..O bu səbəbdən yuxu gətirici psixrotop dərmanlardan isdifadə edir.Özünnən asılı olmayaraq başı əsir, vaxtsız yuxuya gedir.Onun bir müddət əvvəl rayonun mədəniyyət sarayında keçirilən dövlət əhəmiyyətli tədbirlərin birində yatdığı yerdə foto şəkili çəkilmişdi.Həmin şəkili sizə təqdim edirik. Bu ailənin YAP-a da bir allergiyası var. Atası Elxan məşhur müsavatçıdır. Əri Ağayev Azər Mirələm oğlu Prezident və parlament seçilərində müşahidəçi kimi YAP-çıların başına oyun açıb. Əvvəlki seçkilərdə İsa Qəmbərin, Əli Kərimovun, Cəmil Həsənlinin və keçən il isə parlament seçkilərində Pənah Hüseyinin ən vəfalı müşahidəçisi kimi tanınıb.Başcı Nazim İsmayılov bunları müxalifət damqasından qurtarmaq üçün ötən ilin may ayında məcburi şəkildə Yapa qaynaq etdirdi.Özü də ata bala kadrları ikisində bir gündə.
Bu gün Elxan Əsədov 65 yaşı olmasına baxmayaraq iş başındadır. Əsəb xəstəliyyindən əziyyət çəkən bu adam “Dədəm mənə kor dedi, hər kəsəni vur dedi” prinsipiylə fəaliyyətdədir. Qızı Könül də öz ampulasındadır. Ata-bala Təhsil nazirliyində həmin məktəbə direktor seçimi müsabiqəsində qalib gələn sadə bir müəllimin oğlu Zəka müəllimə qarşı xüsusi torba tikdilər.
Sabirabadda təhsilin bərbad vəziyyətə salınmasında icra hakimiyyətinin başçısı Nazim İsmayılov nə qədər günahkardırsa təhsil naziri Mikayıl Cabbarov da o qədər günah daşıyır.
RUBRİKA.AZ
Facebook-da paylaş










