• “Lider RM” ASC qida sektorunda liderdir

    “Lider RM” ASC qida sektorunda liderdir

    Şirkətin istehsal etdiyi məhsullar xalqımıza, onun adət və ənənələrinə böyük ehtiramın təcəssümüdür

    Azərbaycan müstəqilliyini əldə edəndən sonra ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görüldü. Xüsusilə qida sənayesində xarici məhsullarla rəqabət aparmaq gücündə olan yerli istehsal mallarının bazara daxil olması bu sahədə qazanılan böyük uğurdur. Ölkədə yaradılan əlverişli biznes mühitindən yararlanan bir çox müəssisələr qida sektorunda öz məhsullarını təqdim edərək bazarda layiqli yerini tutmuşdur.

    Azərbaycanda kolbasa və sosis çoх istehlak olunan məhsullardandır. Xüsusilə də ayaqüstü qəlyanaltı kimi bu ət məmulatları hər birimizin dadına çatır.

    Rəsmi mənbələrə görə, Azərbaycanda bir ildə adambaşına 0,6 kq suda bişmiş kolbasa, 0,9 kq sosiska və sardelka yeyilir. Son illər kolbasa istehlakı ötən illərlə müqayisədə 20-30 faiz artıb.

    Düzdür, ölkədə istehsal olunan kolbasa məhsullarının heç də hamısı standartlara cavab vermir və adlarında göstərildiyi kimi halal deyil. Bir çox şirkətlər və sexlər keyfiyyətsiz,mənşəyi məlum olmayan ətlərdən hazırladıqları məhsullarla insanların sağlamlığına zərər vururlar.

    Kolbasanın icad tarixinə nəzər salsaq, görərik ki, bu məhsul həmişə qatqısız-filansız ətdən hazırlanıb. Xırda-xırda doğranmış ət tikələri təmizlənmiş heyvan bağırsaqlarına doldurulurmuş, daha sonra isə ədvalar və duz əlavə olunaraq, ucları bağlanıb, qurutmaq (qaxac halına salmaq) üçün kölgədə asılıb. Bir çox hallarda isə tüstünün üzərindən asılırmış. Tüstü milçək və digər həşəratları qaçırırmış. Belə üsulla hazırlanan kolbasa dadlı və ləzzətli olmaqla bərabər, həm də gigiyenik baxımdan istifadə üçün daha təhlükəsiz imiş. Yeri gəlmişkən, kolbasa hazırlamaq üçün qoyun, mal və donuz ətindən başqa, delfin ətindən də istifadə edilirmiş. Heyvan içalatından da kolbasa (tulturma) düzəldilib. Əsasən türk xalqlarına məxsus olan bu reseptə görə, heyvanın ürəyi, qara ciyəri, piyi və içalatı xırda-xırda doğranıb, un və ya yarma əlavə edilərək bişirilirmiş.

    O cümlədən kolbasa o məhsul növlərindəndir ki, istehsalında hansısa komponentin (məsələn nitritlərin) normadan artıq istifadəsi xərçəng kimi xəstəliklər yaradır. Bu səbəbdən də qonşu Türkiyədə Kənd Təsərrüfatı Nazirliyi hazılanmış ət məhsullarında hiylənin qarşısını almaq üçün qarışıq ətdən istifadəni qadağan edib. Kolbasaların 100% ətdən hazırlanması haqqında qərar qəbul edilib.

    Respublikanin qida sektorunda əhəmiyyətli paya sahib olan “Lider RM” ASC-nin istehsal etdiyi kolbasa və sosis məhsulları bu baxımdan bütün standartlara cavab verir. Lider RM” ASC – 1996-cı ildən ölkə bazarında inkişaf edən, Azərbaycanın ət sənayesinin yüksək mexanikləşdirilmiş müəssisələrindən biridir.Ət kombinatının tarixi kiçik bir sallaqxanadan başlamışdır. Bu gün bu, kolbasa məhsullarının aylıq satış həcmi 500 tondan artıq olan böyük bir şirkətdir.Yüksək səviyyəli istehsal gigiyenasına, xammalın və hazır məhsulun nəzarətinə böyük diqqət yetirilir. Bizim məhsulun yüksək keyfiyyəti sertifikatlarla, dövlət sanitar-epidemioloji ekspertizalarla və baytarlıq şəhadətnamələri ilə təsdiq olunub.Müəssisədə İSO 9001 keyfiyyəti idarə etmə sistemi tədbiq olunub və sertifikatlaşdırılıb. Xarici ölkələrdə istehsal olunan yüksək texnologiyalı avadanlıqlar istifadə olunur.

    Təsadüfi deyil ki, ən son texniki yeniliklərin tətbiqi, halal, təmiz ətlərdən istifadə edilməsi “Lider” kolbasalarını qida bazarının liderinə çevirib. Bu gün istənilən azərbaycanlı ailəsi öz halal süfrəsində tam halallıqla hazırlanmış “Lider” kolbasalarından dadır.

    “Lider RM” ASC-yə aid olan “Halal” kolbasa çeşidləri öz dadı və ətri ilə fərqlənir. Heç bir kənar qatqılardan istifadə edilmədən, 100 faiz halal məhsullardan hazırlanan bu kolbasalara tələbat hər gün daha da artır. Şirkətin istehsal etdiyi məhsullar xalqımıza, onun adət və ənənələrinə böyük ehtiramın təcəssümüdür.

    Nicat MAHMUDOV


    Facebook-da paylaş