Banklar niyə görə dolları UCUZLAŞDIRDI? - SƏBƏB
![]()
Dünəndən başlayaraq banklarda yenidən dollara tələbin azalması müşahidə edilir.
Bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, bu proses özünü valyuta məzənnəsində göstərməkdədir:
“İki gün öncə 1 dolları 1,80 manata alan banklar bu gündən həmin məzənnəyə satış edirlər. Yəni dolların satış kursu 1,80 manat müəyyənləşdirilib. Bu isə o deməkdir ki, rəsmi məzənnə dəyişməsə də, son iki gündə banklarda dollar ucuzlaşıb. Banklar bunu son 2 gündə dollar alanların sayının azalması ilə izah edirlər. Valyuta bazarındakı mövcud vəziyyəti nəzərə alsaq, bu gün banklar hərraca daha az dollar sifarişi ilə getməlidirlər. Çünki valyuta bazarının qaydaları bunu tələb edir. Təəssüf ki, bankların spekulyativ müdaxilələri həm yığımlara, həm də xarici valyutaya tələbə təsir göstərməkdədir. Bu baxımdan bugünkü hərracın nəticələri eyni zamanda, valyuta bazarının sifarişlərə necə təsir edəcəyini də göstərəcək. Bununla belə, öncədən proqnozlaşdırdığımız kimi, dollara tələbin martda yenidən artacağı gözlənilir”.
RUBRİKA.AZ
Facebook-da paylaş












