FES toplanır: Sabah dollar bahalaşa bilər
![]()
Sabah ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2 günlük iclası başlayır. İclasda uçot dərəcəsi ilə bağlı qərarın qəbul ediləcəyi gözlənilir.
Qlobal maliyyə bazarları FES-in uçot dərəcəsini bir addım, yəni 0,25 faiz bəndi artıracağına artıq əmindirlər.(report)
Buna səbəb ABŞ-da açıqlanan iqtisadi göstəricilərin müsbət dinamikasıdır. Belə ki, ötən cümə günü açıqlanan statistik hesabata əsasən, ABŞ-da fevral ayında işsizlik göstəricisi 4,7% olub, kənd təsərrüfatı sektoru istisna olmaqla yeni iş yerlərinin sayı 200 min proqnoza nisbətən 235 min artıb. Həmçinin, fevralda saat hesabı əmək haqqı 0,2% artım göstərib. İqtisadi göstəricilərin müsbət tendensiyası inflyasiyanın hədəf səviyyə olan 2% həddinə yaxınlaşmasına və uçot dərəcəsinin artırılmaması halında hədəf səviyyəsini keçməsinə səbəb ola bilər.
rubrika.az
Facebook-da paylaş










