Bərdənin icra başçısı diş həkimlərini soyur
![]()
Bərdədə biabırçılıq yaşanır. Rayon İcra Hakimiyyətinin özbaşına qərarı ilə humanitar şöbənin işçisi Səfərov Eldəniz bütün diş həkimlərini xəraca bağlayıb.
Bu barədə sosial şəbəkədə Bəhlul Abbaslı xəbər yayıb. Onun sözlərinə görə, hər stomotoloji klinika və məntəqənin həkimlərindən 3000-5000 manat arası pul yığılır.
Bunun səbəbi bilinməsə də, rayon icra başçısı Vidadi İsayevin qərarı olduğu deyilir. E.Səfərovun onun göstərişini icra etdiyi və bu qanunsuz tələbə diş həkimlərinin biət etdiyi söylənir.
İcra hakimiyyəti rəsmisi xərac verməyənləri vergidən yayınma, antisanitariya və s. yoxlamalarla təhdid edir.
Kabinetində nöqsan aşkarlanacaq diş həkimləri daha çox rüşvət verməyə məcbur olacaqlarını bildikləri üçün E.Səfərov və V.İsayev tandeminin tələbinə boyun əyirlər.(tərəfdar.az)Vidadi İsayev azsaylı icra başçılarındandır ki, adı ən müxtəlif maliyyə maxinasiyalarından tutmuş, iri korrupsiya əməllərinə qədər çeşidli iddialarda hallanıb. Eyni zamanda Bərdə rayonu yuxarı instansiyalara edilən şikayətlərə görə də “öncül” cərgələrdə qərarlaşıb.
Hələ unutmayaq ki, bu şikayət və müraciətlərin böyük əksəriyyətinin qarşısı rayon rəhbərliyinin adminstrativ üsullarıyla alınır, əks halda mənzərə daha utancverici ola bilərdi. Bütün bunlar isə Vidadi İsayevin ölkə prezidentinin yüksək etimadına layiq olmayan kadr olduğunu bir daha təsdiqləyir.
Rubrika.az
Facebook-da paylaş















