FHN-nin vəzifəli şəxsinə bəraət verildi, amma başqa işə görə həbs edildi
![]()
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Dələduzluqda təqsirləndirilən Etibar Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda olduqda) maddəsi ilə təqsirli bilinirdi.
O, Bakı sakini Nəsimi Əsədova qarşı dələduzluq əməli törədib. Belə ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin inspektoru vəzifəsində çalışmış Etibar Əliyev Nəsimi Əsədovdan 11 500 manat pul alıb. Bunun qarşılığında isə Etibar Əliyev Nəsimi Əsədovu FHN-ə işə düzəldəcəkmiş.
Məhkəmə prosesində elan olunub ki, zərərçəkmiş Nəsimi Əsədov şikayətini geri götürüb. Buna səbəb Etibar Əliyevin dəymiş zərəri ödəməsi olub. Bununla da tərəflər arasında barışıq əldə edilib.
Bildirək ki, hazırda həbsdə olan Etibar Əliyevin Nəsimi Əsədova qarşı törətdiyi cinayət əməli Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılarkən evdustaqlığında olub. Amma iki gün əvvəl Etibar Əliyev həbs edilib. Onum həbs edilməsinin səbəbi başqa şəxslərə qarşı da dələduzluq əməli törətməsidir. Hazırda Etibar Əliyevin digər əməlləri ilə bağlı istintaq davam etdirilir.(musavat.com)
Martın 13-də baş tutan məhkəmədə isə Etibar Əliyevə Nəsimi Əaədova qarşı tutduğu cinayət əməlinə görə hökm oxunub. Məhkəmə belə qənaətə gəlib ki, E.Əliyev dəymiş zərəri ödədiyi, zərərçəkmiş tərəfin şikayətinin olmaması və onun ilk cinayət əməli olması yüngülləşdirici hal kimi qiymətləndirilib.
Məhkəmənin hökmü ilə E.Əliyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək 2 il sınaq müddətinə azadlıqdan məhrum edilib.
Rubrika.az
Facebook-da paylaş















