“Ulduz” stansiyasında qadın özünü qatarın altına atdı
![]()
Bakıda “Ulduz” metro stansiyasında intihara cəhd hadisəsi baş verib. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin bildirdiyinə görə, hadisə bu gün saat 10:40-da baş verib.
56 yaşlı Kərimova Hüsniyyə Tufan qızı qatar platformaya daxil olarkən özünü qatarın altına atıb. Maşinist dərhal qatarı saxlayıb və qadın relslərin arasından çıxarılıb.(virtualaz.org)
N. Paşayev hazırda qadının sağ-salamat olduğunu və intiharın hansı səbəbdən baş verməsinin məlum olmadığını deyib:
“Qadın sağ-salamatdır, heç bir xəsarət almayıb. Amma intiharın səbəbi məlum deyil. Onunla polis məşğul olur və araşdırma aparılır”, - deyə QSC rəsmisi qeyd edib.
Rubrika.az
Facebook-da paylaş












