Rusiyadan şok açıqlama: Türkiyə məhsullarına qadağalar qüvvədə qalacaq

Rusiya Türkiyədən ərzaq idxalına tətbiq olunan qadağanı ləğv etmək niyyətində deyil.
Bunu "Rosselxoznadzor"dan bildiriblər.
Sözü gedən qadağaların təsiri altında dondurulmuş ət, toyuq və toyuq məhsulları, hinduşka, yeni və dondurulmuş pomidor, xiyar, üzüm, alma, armud, çiyələk kimi ərzaq məhsulları hələ də qalmaqdadır.
Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi həmin məhdudiyyətlərin Türkiyə tərəfindən də analoji addımın atılacağı təqdirdə ləğv edəcəyini bildirib.
Rusiya rəsmiləri bu ölkənin addımına cavab tədbiri kimi rəsmi Ankaranın da martın 15-dən bu ölkədən buğda, qarğıdadı, günəbaxan toxumu və bitki yağlarının idxalını dayandırdığını bəyan edib ki, bu da Rusiyada istehsal olunan ərzaq məhsullarının Türkiyəyə idxalına embarqo qoyulması deməkdir.(APA)
Türkiyənin İqtisadiyyat Nazirlyi sözü gedən xəbərləri təkzib etsə də, Rusiyanın ticarət nümayəndəsi ölkəsinin Türkiyəyə idxal zamanı "0" dərəcəli gömrük rüsumu tətbiq olunan dövlətlər siyahısından çıxarıldığını bildirib.
Rubrika.az
Facebook-da paylaş












