Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı artdı - YENİLƏNİB
![]()
Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Bu barədə BBC London polisinə istinadən xəbər verib.
Hadisə nəticəsində yaralananların sayı isə 40-a çatıb. “Hazırda yaralıların sayı 40 nəfərdir. Onlardan bəzilərinin vəziyyəti ağır kimi qiymətləndirilir. Ümumilikdə hadisə nəticəsində 1 polis əməkdaşı daxil olmaqla 5 nəfər həyatını itirib”, deyə Skotland-Yardın terrora qarşı mübarizə bölməsinin rəisi Mark Rouli bildirib.(APA)
London polisinin nümayəndəsi həmçinin bildirib ki, terror aktını törədən şəxsin kimliyi hazırkı mərhələdə açıqlanmayacaq.
Bundan əvvəl 4 nəfərin öldüyü, 20 nəfərin yaralandığı bildirilirdi.
***
22:05
Londonda törədilən terror aktı nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
Bu barədə BBC London polisinə istinadən xəbər verib.
Ölənlərdən biri polis əməkdaşıdır. Hadisə nəticəsində azı 20 nəfər yaralanıb. Bundan əvvəl 2 nəfərin öldüyü, 12 nəfərin yaralandığı bildirilirdi.
Xatırladaq ki, bu gün naməlum şəxs Vestminster körpüsündə bir neçə nəfəri avtomobillə vurub və daha sonra parlament binasına yaxınlaşaraq polis nəfərini bıçaqlayıb. O, digər polislər tərəfindən atəş açılaraq zərərsizləşdirilib.
Rubrika.az
Facebook-da paylaş
















