Dolların məzənnəsinin qalxma potensialı yüksəkdir

Mərkəzi Bankdan CNNBaku-ya verilən məlumata görə, 27.03.2017-ci il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,7201 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, martın 17-də USD/AZN rəsmi məzənnəsi 1,7202 manat təşkil edib. (АПА).
“Dolların məzənnəsinin qalxma potensialı yüksəkdir”, – bu sözləri LEGİON-a iqtisadçı Samir Əliyev bildirdi. Onun sözlərinə görə, Neft Fondundan Mərkəzi Banka 7,5 milyard dollar vəsait ayrılıb. “Onda mən demişdim ki, bu vəsait valyuta bazarına nəzarət etmək üçün Mərkəzi Banka imkan yaradacaq. Bu il dolların dəyəri 1 manat 70 qəpiklə 2 manat arası təşkil edəcək. Samir Əliyev təəssüflənir ki, manatın məzənnəsini tənzimləyən zaman, iqtisadi yox, inzibati mexanizmlərdən istifadə olunur.
“Bütün dünyada dolların məzənnəsi qalxır, Azərbaycanda isə enir. Dünyada neft ucuzlaşır. Xüsusilə də, neftə bağlı olan tenge və rus rublu ucuzlaşmağa davam edir. Azərbaycan manatı isə əksinə olaraq bahalaşmağa davam edir”, – deyə S.Əliyev vurğuladı. Onun sözlərinə görə, bütün bunlar Azərbaycanda manatın hələ real qiymətini tapmadığından xəbər verir.
“Mərkəzi Bank manat kütləsini daraldıb. Banklarda dollar almaq üçün manat qalmayıb. Mərkəzi Bankın bu siyasəti bir tərəfdən inflyasiyanın qarşısını alır, digər tərəfdən də sahibkarlığın inkişafına mane olur. İş adamlarında pul çatışmazlığı var”, – deyə S.Əliyev qeyd edib. Onun fikrincə, Azərbaycanda üzən məzənnəyə keçid üçün şərtlər yoxdur: “Ona görə ki, iqtisadiyyatda diversifikasiya çox aşağıdır. Üzən məzənnəyə keçid stabilliyin pozulmasına səbəb olacaq. Biz ya milli valyutanın qalxmas
Rubrika.az
Facebook-da paylaş












