Türkiyədən Rusiyaya sərt xəbərdarlıq: Qəbuledilməzdir
![]()
Rusiyanın ölkəmizdəki müvəqqəti işlər üzrə vəkili Xarici İşlər Nazirliyinə dəvət edilib və ona rus əsgərlərin Suriyada PYD/PKK ilə birgə görüntülənməsinin qəbuledilməz olduğu bildirilib.
Bu barədə Türkiyə XİN-nin sözçüsü Hüseyn Müftüoğlu məlumat verib.
“Bundan sonra bənzər olayların yaşanmaması üçün əlimizdən gələni edəcəyik. Əks halda, bunun artıqlaması ilə qarşılığı veriləcək”, - sözçü əlavə edib.
Qeyd edək ki, dünən rus əsgərlərin PYD ilə birgə fotoları yayılmışdı.
Bundan əlavə, Afrində PYD nəzarətindəki bölgədən atəş açılması nəticəsində bir türk əsgəri şəhid olmuşdu.
Rubrika.az
Facebook-da paylaş











