Putin niyə bu qədər narahatdır?!
![]()
Hiss olunur ki, Rusiya Prezidenti Vladimir Putin sistemdən kənar (parlamentdə təmsil olunmayan) müxalifətin fəallaşmasından narahatdır. Həqiqətən heç kim gözləmirdi ki, sistemdənkənar müxalifətin lideri Aleksandr Navalnının sosial şəbəkədən bir çağırışı ilə bu qədər gənc və orta yaşlı insan küçələrə tökülüşə bilər.
Bu sözləri politoloq Elxan Şahinoğlu Rusiyadakı son irimiqyaslı mitinqi şərq edərkən vurğulayıb. O qeyd edib ki, Rusiya prezidenti guya korrupsiyaya qarşı mübarizəni dəstəkləyir, ancaq əhalini Tunis, Misir, Liviya, qonşusu Ukrayna nümünəsi ilə də qorxudur:(axar.az)“Yəni cəmiyyətə demək istəyir ki, məndən başqa alternativiniz yoxdur, məndən ikiəlli yapışın, yoxsa Rusiya da dağılar, xaos tüğyan edər”.
Politoloqun fikrincə, Rusiyanı yaxın illərdə “rəngli inqilablara” və ya “ərəb baharına” bənzər dəyişikliklər gözləmir:
“Hər nə qədər olsa da, Putinin reytinqi yüksəkdir. Ancaq Qərbin sanksiyaları da təsirsiz keçmir, Rusiyada iqtisadiyyat geriləməkdə davam edir, ölkənin orta sinfinin bu həyat şərtlərindən narazılığı artır. Ona görə də indi küçələrə 3-4 min etirazçı çıxsa da, narazılıq dalğasının artmayacağını vurğulamaq çətindir. Bolşeviklərin lideri Vladimir Lenin məktublarında yazırdı ki, həyatda sağ ikən Rusiyada inqilabı görmək mənə nəsib olmayacaq. Bu sözlərdən cəmi bir il sonra İkinci Nikolay da taxtdan düşürüldü, burjua inqilabı da baş verdi və bütün bunlardan istifadə edən Lenin Rusiyanın başına keçdi”.
Rubrika.az
Facebook-da paylaş













