Baş həkim sürücülərə “yavaş sürün, xəstə ölsün” deyib? - Nazirlikdən açıqlama
![]()
Səhiyyə Nazirliyi Ağdaş rayon Mərkəzi Xəstəxanasının təcili yardım maşınlarının sürücülərinin cəriməylə bağlı şikayətlərinə reaksiya verib.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova açıqlamasında bildirib ki, həqiqətən də Dövlət Yol Polisi ağır xəstə apararkən sürət həddini aşan təcili yardım maşınlarını cərimələyir: "Ağdaş xəstəxanasının baş həkimi ilə danışdım. Maşınların radarlara düşməsi ilə bağlı protokolların xəstəxanaya göndərilməsi faktı doğrudur. Lakin heç bir halda "yavaş sürün, qoyun xəstə ölsün” sözü deyilə bilməz.(BakiPost)Düzdür, sürücülərə xəbərdarlıq edilir ki, sürətlə sürdükdə belə təhlükəli vəziyyətin yaranmamasına diqqət etsinlər. Çünki bəzən elə olur ki, bir şəhərdən digərinə təcili xəstə aparılmalı olur. Əks halda xəstənin həyatına təhlükə yarana bilər. Bu halda sürücülər təcili yardım maşınının sayrışan işıqlarını yandırır və sürətlə gedir. Amma yenə deyirəm, sürücələrə elə bir sözün deyilməsi məsələsi doğru deyil”.
Rubrika.az
Facebook-da paylaş














