Hökumətdən inqilab: Köçkünlərin 5000 manatadək kredit borcu silinə bilər - Təcili

Azərbaycan prezidenti İlham Əliyevin növbəti sosial inqilabi göstəriş verəcəyi gözlənilir
Məcburi köçkünlərin 5 min manatadək olan kredit borcları silinə bilər.
Məlumatlı qaynaq bildirib ki, belə bir təkliflər var və müzakirələr aparıldığı deyilir. Məcburi köçkünlər arasında kredit borcunu ödəyənlər olduğu deyilir və onların sayının az olması nəzərə alınaraq belə bir göstəriş verilməsi mümkündür.
Belə bir islahat reallaşsa, hökumət yüzlərlə qaçqını sevindirmiş olacaq. Mənbə qeyd edir ki, belə bir variant yalnız prezidentin göstərişi əsasında mümkündür.
Bir sözlə, köçkünlər üçün Azərbaycanda böyük kredit aminitiyası gözlənilir. Hətta dollarla borc alan 1.05 manat kursla ödəyəcək, borcun aradakı məzənnə fərqini isə Mərkəzi Bankın simasında dövlət qarşılayacaq.(politika.az)Bank kreditlərinin bağışlanmasına gəlincə, bu bir qədər mürəkkəb prosesdir. Amma kredit verən bankların hakimiyyətlə bağlılığını əsas götürərək demək olar ki, kiçik kreditlər əhaliyə bağışlanır və əvəzində banklara heç nə ödənilmir.
Yəni bu həmin banklara “krışa”lıq edən məmurlara verilən cəzalardan biri olaraq həyata keçirilir. Ancaq istənilən halda, bunun üçün qanuni mexanizm fikirləşib tapmaq lazımdır. Hər halda yuridik baxımdan o banklar özəl biznes qurumlarıdır və onların pullarını sadəcə, prezident fərmanı ilə özgəninkiləşdirmək olmaz.
Bunun iki yolu var: Birincisi, həmin kreditləri əhaliyə bağışlayıb əvəzində dövlət vəsaitləri hesabına bankların ziyanını kompensasiya etmək. İkincisi, həmin banklarla bağlı cinayət işi açıb əmlaklarını müsadirə etmək və bu vəsait hesabına kreditləri əhaliyə bağışlamaq.
İstənilən halda prezident tapşırıq versə məcburi köçkünlərin 5 min manatadək olan kredit borcları silinə bilər.
İlk növbədə qeyd edək ki, Azərbaycanda kredit qoyuluşları 20 milyard manat civarındadır. Bu kreditlərin 1 milyard 256 milyon manatını vaxtı keçmiş kreditlər, 8 milyard 200 milyon manatı isə ev təsərrüfatlarına verilmiş kreditlər təşkil edir.
Xüsusilə, ev təsərrüfatlarına verilmiş kreditlərin xeyli bir hissəsi 5000 min dollara qədər olan kreditlərdir. Bu məbləğdə kreditin bütün borclulara bağışlanması bankların özünü “intihar etməsi” demək və ya dövlətə böyük yük olar.
Nəzərə alsaq ki, kreditlərin də böyük bir hissəsi dollarlaşıb, belə olan halda borcların silinməsi "ağılsızlıq" kimi başa düşülə bilər. Lakin burada söhbət məcburi köçkünlərə şamil olunan qərardan gedir və vətəndaşlara aid edilmir.
Həmin ailələrə verilən kreditlərin banklar tərəfindən bağışlanması və ya güzəştlərin tətbiq edilməsi olduqca vacibdir.
Bu həm də sosial korporativ məsuliyyət prinsipinə uyğundur. Bu baxımdan, bütün kreditlərin deyil, sosial statusundan asılı olaraq bir sıra borcların bağışlanması arzuolunandır
Rubrika.Az
Facebook-da paylaş














