“Barselona” böyük hesabla məğlub oldu

Futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. İlk oyun günündə bir qarşılaşma baş tutub.
İtaliyada "Yuventus" İspaniya "Barselona"sını qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
Xatırladaq ki, Almaniyada Dortmund "Borussiya"sı ilə "Monako" arasında keçirilməli olan digər matç meydan sahiblərinin avtobusu qarşısında partlayış baş verməsi səbəbindən təxirə salınıb. Həmin oyun aprelin 12-də Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.
RUBRİKA.AZ
Facebook-da paylaş










