İqtidarın qamçısı: Hesablama Palatası hansı icra başçılarını ifşa edir? - Siyahı

Hakimiyyətin icra hakimiyyəti strukturlarında ciddi dəyişikliklərə gedəcəyi haqda səslənən fikirlər təsdiqini tapmaqdadır
Hesablama Palatasının maliyyə nöqsanları və büdcə qanunsuzluqları aşkarladığı rayon icra hakimiyyətlərinin adını açıqlaması sıradan hadisə deyil.
İqtidar islahatların gücləndirilməsi siyasətində RİH-lərini ifşa etməkdən narahat deyil və icra başçıları tək-tək faş olunur. Bu məsələdə Hesablama Palatası əsas rol oynayır.
Hesablama Palatasının 2016-cı il üzrə fəaliyyəti açıqlayıb. Bunlar Qaradağ, Sabunçu, Abşeron, Salyan, Şirvan, Zaqatala, Goranboy, Ağcabədi, Hacıqabul, Masallı rayon icra hakimiyyətlərində mənzil-kommunal təsərrüfatları, Biləsuvar, Cəlilabad, Tovuz, Siyəzən, Quba, Oğuz rayon icra hakimiyyətlərində isə investisiya üzrə sahələrdir.(ulus.az)
Hesablama Palatası qamçı rolunu oynayır. Hesablamalara görə, bir rayon icra hakimiyyətinin saxlanılma xərcləri normalda bir vilayət rəhbərliyinin saxlanılması üçün tam yetərlidir.
İkincisi, nazirliklərin yerli şöbələrinin də birləşdirilməsi nəzərdə tutulur ki, bu da büdcə xərclərinə əhəmiyyətli dərəcədə qənaət imkanları yaradır. Nəhayət, vilayətlərin idarəetmə xərcləri mərkəzi büdcə hesabına deyil, yerli resurslar hesabına qarşılanacaq.
Bundan sonra yeni iş yerlərinin açılması, məğulluğun təmini, infrastruktur layihələrinin maliyyələşməsi vilayətlərin daxil resursları hesabına aparılacaq.
Güman ki, vilayətlərin maliyyə bazasını genişləndirmək üçün bəzi vergi növlərinin yığılması da onların səlahiyyətinə daxil ediləcək.
İlkin mərhələdə vilayətə prezidentin təyin etdiyi şəxs rəhbərlik edəcək. Ancaq yaxın gələcəkdə vilayət rəhbərinin seçki yolu ilə müəyyənləşəcəyi gözlənilir.
RUBRİKA.AZ
Facebook-da paylaş












