Putin Qarabağda nəzarəti ələ alır

Ermənistan Baş Qərargahının keçmiş rəisinin “Putin NATO-su”na baş katib gətirilməsi o deməkdir ki, Moskva ermənilərin mövqelərini gücləndirir.
Bu sözləri açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq KTMT-dəki rəhbər dəyişikliyini xoş olmayan hal kimi qeyd edib:
“Ermənistan Baş Qərargahının keçmiş rəisinin “Putin NATO-su”na baş katib gətirilməsi o deməkdir ki, Moskva ermənilərin mövqelərini gücləndirir. Əslində, bu, rusların ermənilərə növbəti hədiyyəsidir. Bunu rotasiya qaydası ilə əsaslandırsalar da, öncəki iclaslarda Belarus və Qazaxıstan bu işə mane oldu. Üstəlik, bu vəzifə üçün keçmiş müdafiə naziri Ohanyan nəzərdə tutulurdu. O, Sərkisyanla münasibətləri birdəfəlik kəsdikdən sonra Yuri Xaçaturova yol açıldı. Bir sözlə, Rusiya Ermənistan üçün daha yaxşı şərait yaratmağa çalışır. Doğrudur, “Putin NATO-su”nda hər şey Rusiyanın iradəsindən asılıdır, ancaq Rusiya və Ermənistan ordularının birləşdirilməsi və komandanlığın Moskvaya verilməsini nəzərə alsaq, bu məsələnin o qədər də xoş olmayan hal olduğunu söyləmək mümkündür. Erməni generalın baş katib seçilməsindən sonra İrəvanın güclənən müharibə ritorikasına baxmayaraq, Azərbaycan Ermənistana istənilən vəziyyətdə layiqli cavab verməyə hazırdır”.
Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbəri vəzifəsində Yuri Xaçaturov təyin edilib. O, səlahiyyətlərinin icrasına mayın 2-dən başlayacaq.
Rubrika.Az
Facebook-da paylaş










