ABŞ-ın yalanı ortaya çıxdı – Şok açıqlama
ABŞ “Karl Vinson” təyyarədaşıyan gəmisini Koreya sularına göndərməyib.
Bu haqda İsveçin SVT kanalı məlumat yayıb.
Məlumata görə, ABŞ-ın “Karl Vinson” təyyarədaşıyan gəmisi Avstraliya donanması ilə birlikdə manevr reallaşdırmaq üçün Sunda boğazını keçərək Hind okeanına istiqamətlənib.
Məlumatda həmçinin “Trampın əmri”nə əsasən aprelin 25-də gəminin Yapon dənizinə çatacağı qeyd olunub.
Hələlik Ağ Ev və ABŞ Donanması bu haqda heç bir açıqlama verməyib.
Rubrika.Az
Facebook-da paylaş











