Kreml Ermənistanı Bakıya qarşı silahlandırır - bu dəfə “Verba” raketləri

Rusiya Ermənistana özünün ən yeni daşınan zenit-raket komplekslərini verib
Bu haqda istefada olan bədnam erməni generalı Arkadi Ter-Tadevosyan danışıb.
O, deyib ki, Ermənistan Rusiyadan “Verba” daşınan zenit-raket kompleksləri əldə edib. Bu raketlər cəmi iki ölkənin-Rusiyanın və Ermənistanın silahlanmasında mövcuddur.
İstehsalçı iddia edir ki, bu raketlər özünün əvvəlki analoqlarından-“İqla” daşınan zenit-raket komplekslərinin bütün modifikasiyalarından, habelə ABŞ-ın “Stinger” daşınan zenit raketlərindən taktiki-texniki göstəricilərinə görə üstündür.
“Verba” daşınan zenit-raket kompleksləri 6 min metrə qədər hündürlükdə uçan təyyarələrə və vertolyotlara, o cümlədən pilotsuz uçan aparatlara qarşı tətbiq edilmək üçün əlverişlidir.
Rusiya Ermənistanı açıq-aşkar silahlandırır. Rusiya işğalçı Ermənistanı sürətlə silahlandırmaq və tamamilə öz nəzarətinə almaq kursu götürüb. Son vaxtlar bunun əlamətlərini qabarıq şəkildə müşahidə eləmək olar.
Rusiya Ermənistandan iki hədəf güdür. Birincisi, bu silahların gələcəkdə Azərbaycan və Türkiyəyə qarşı istifadə olunmasıdır. Rusiyanın Ermənistana müasir hərbi texnika və silahlar satmaq barədə saziş imzalaması yanlış addımdır.
Ən azından Rusiyanın Azərbaycanla normal münasibətləri var və bitərəfli qaydada Ermənistanı dəstəkləməsi öz maraqlarına da uyğun deyil.
Rusiyanın bu addımı tək Türkiyəyə deyil, hamımıza yönəlmiş bir addımdır. Bu xüsusən də Azərbaycanın strateji maraqlarına ziddir. Rusiya bu sazişlə Ermənistanı dəstəklədiyini açıq şəkildə biruzə verir.
Səngərdəki döyüşlərlə yanaşı, informasiya müharibəsinin də öz generalları olmalıdır. Bu sözləri Milli Məclisin ötəngünkü iclasında Prezident İlham Əliyevin Rusiyanın tanınmış jurnalisti Vladimir Solovyovu qəbul etməsi məsələsinə toxunması ilə bağlı danışan millət vəkili Zahid Oruc deyib.
Millət vəkili ölkə rəhbərinin yüksək diplomatik məharətinin və güclü xarizmasının təkcə böyük dövlət adamlarının deyil, hətta Azərbaycan əleyhinə ardıcıl mövqe tutan istənilən adamın düşüncələrində kəskin dəyişiklik yaratdığı vurğulayıb.
RUBRİKA.AZ
Facebook-da paylaş











