Bu icra başçısı meymun heykəlinə pul tapır, şəhid ailəsinə yox...

Bir neçə gündən sonra şəhid Yüzbəyov Əmrah Aydın oğlunun ildönümüdür. Şəhid Yüzbəyov Xaçmaz rayonunun Hacıməmmədoba kəndində doğulub. Aprel döyüşlərində iştirak edib. Talış yüksəkliyinin azadlığı uğurundan gedən döyüşlərdə şücaət göstərib
Yüzbəyov doğulduğu Hacıməmmədoba kənd sakinləri və yaxınları şəhidin adının əbədiləşdirilməsi üçün kənddə xatirə bulağı inşa edirlər. Sakinlərin bildirdiyinə görə, tikintinin aparılmasında müəyyən qədər yardım üçün Xaçmaz rayon İcra Hakimiyyətinə və kənd bələdiyyəsinə müraciət etsələr də, müsbət cavab almayıblar.(faktxəbər) Hər iki qurum da imkanlarının olmadığını söyləyib. İşi belə görən kənd sakinləri Xaçmaz rayon İcra Hakimiyyətinə müraciət edərək, toz-torpaq altında qalmaması üçün xatirə bulağının qarşısından keçən 100 metrlik yolun asfaltlanmasını xahiş ediblər. Amma icra başçısının birinci müavini Yetkin Mehmanov onlara, “imkanımız yoxdur” cavabını verib.
Rubrika.Az
Facebook-da paylaş














