Qorxunc təhdid: Məkkə və Mədinədən başqa...

İranın müdafiə nazirindən müharibə xəbərdarlığı
"Səudiyyə Ərəbistanı İrana qarşı axmaqca düşünülmüş bir hərbi müdaxilə edərsə, bu ölkənin müqəddəs şəhərlərindən başqa təhlükəsiz yer qoyulmayacaq". İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bunu İranın müdafiə naziri Hüseyn Dehkani deyib.
Livanın "El Mİnar" telekanalına açıqlama verən nazir Səudiyyə Ərəbistanından olan həmkarı Məhəmməd Bin Salmanın İrana qarşı dediklərini şərh edib. Ərəb nazir savaşı İranın içərisində aparmağın lazım olduğu deməklə adıçəkilən ölkəni hiddətləndirib.
"Səudiyyə Ərəbistanının bu işi necə edəcəyini bilmirəm. Onları belə axmaq addım atmağı düşünməmələri haqqında xəbərdarlıq edirəm. Amma əgər nə isə etsələr, Məkkə və Mədinədən başqa təhlükəsiz yer qoymayacağıq".
Məhəmməd Bin Salman ötən həftə telekanallardan birində çıxış edib. O, deyib ki, savaş Ərəbistan torpaqlarına çatmadan, İranın daxilinə doğru yönəldilməlidir.
Tehran bu açıqlamadan sonra Səudiyyə Ərəbistanından BMT Təhlükəsizlik Şurasına şikayət etmişdi.
Rubrika.Az
Facebook-da paylaş












