HƏMAS-ın yeni sənədini zibil qutusuna atdı - NETANYAHUDAN ŞOK ADDIM
İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın yeni bəyannaməsini zibil qutusuna atıb.
HƏMAS-ın keçmiş lideri Halid Meşal bəyannaməni açıqlayarkən ilk dəfə 1967-ci il sərhədləri daxilində qurulacaq Fələstin dövlətinə dəstək verəcəyini bildirib.
11 bölmə, 41 maddədən ibarət sənəddə "Müsəlman Qardaşları"nın adı keçmirdi.(apa)
Netanyahu sosial mediada yayılan görüntüdə sənədə münasibətini bildirir. HƏMAS-ın yeni bəyannamə ilə dünyanı aldatmağa çalışdığını irəli sürən baş nazir "bu nifrət dolu sənəd hara aiddir?" sualını verir və sənədi əzib zibil qutusuna atır.
Rubrika.Az
Facebook-da paylaş














