Rusiya İrəvanı oyundan kənarda saxlayır
![]()
Ermənistan hərbi rəhbərliyinin rus-erməni birgə qruplaşması ilə bağlı açıqlamaları spekulyativ xarakter daşıyır. Çünki səsləndirilən fikirlərə gərək Rusiya da şərik olsun.
Bu sözləri açıqlamasında politoloq İlqar Vəlizadə erməni-rus hərbi qruplaşmasının komandanı general Makaryanın rəhbərlik etdiyi ordunu Qarabağa apara biləcəyi barədə sözlərini şərh edərkən deyib.
Ekspert bu məsələnin Rusiya hərbi siyasi rəhbərliyinin marağında olduğunu düşünmür:
“İrəvan rus-erməni qruplaşmasından Bakıya qarşı istifadə etməyə çalışır, Moskva isə tamam başqa məqsədlər güdür. Rusiya Azərbaycanı özünə açıq düşmən etmək niyyətində deyil. Ona görə də İrəvanın maraqları ilə Moskvanınkı üst-üstə düşmür”.(axar.az)
Politoloq Rusiyanın Ermənistandakı bazalarını genişləndirmək istəməsinin başqa məqsəd daşıdığını qeyd edib:
“Bu addım Cənub-şərqi Asiyada, Şərqi Aralıq dənizi regionuda Rusiyanın hərbi siyasi mövcudluğunu gücləndirməyə hesablanıb. Ermənistandakı 102-ci baza koordinasiya rolunu oynayır. Çünki Rusiyanın Suriya, Abxaziyada da bazaları var. Coğrafi aspektdən yanaşsaq, Gümrüdəki baza ortada yerləşir. Rusiya isə Suriyadakı bazası ilə bu regiondakı infrasturukları arasında sıx əlaqələr yaratmaq istəyir. 102-ci baza da vacib strateji ərazidə yerləşdiyindən bu planda müəyyən rol oynayır. Moskva Suriyada konflikt bitəndən sonra da bu regionda öz hərbi nüfuzunu saxlamaq istəyir. Lavrov bu yaxınlarda belə bir ifadə işlətdi ki, İŞİD-lə bağlı mübarizdə Rusiyanın hüdudlarından kənarda olan bazalardan da istifadə ediləcək. Yəni Gümrüdən savayı, Qırğızıstan və Tacikistandakı rus bazaları da nəzərdə tutulub. Rusiyalı diplomatın bu frazası ermənilərin qəzəbinə səbəb olub. Bu da onu göstərir ki, əslində, 102-ci bazanın təkcə Cənubi Qafqazda deyil, daha geniş ərazilərdə istifadəsi nəzərdə tutulur”.
Politoloq bildirib ki, ermənilərin Gümrüdəki 102-ci bazanı Azərbaycan əleyhinə yönəltməyə çalışması tamamilə reallıqdan uzaqdır:
“Rusiyanın daha vacib hədəfləri var. Moskva İrəvanın tələsinə düşməyəcək. Üstəlik, indiki şəraitdə Rusiyaya İŞİD-lə mübarizədə real müttəfiqlər lazımdır. Bu real müttəfiqlər sırasında Azərbaycan da yer ala bilər. Bir sözlə, Ermənistan bütün hallarda yenə də oyundan kənarda qalır”.
Rubrika.Az
Facebook-da paylaş









