Azərbaycanlı milyarderin köməkçisinin oğlu Moskvanı qarışdırdı

"Lukoil" şirkətinin vitse-prezidenti Azat Şamsuarovun Moskvada bir neçə dəfə avtomobillə etdiyi qayda pozuntuları ilə gündəmə gələn oğlunun yeni videosu yaylıb.
Ruslan Şamsuarov özünün avtomobillə qayda pozmasına aid olan videonu sosial şəbəkədəki hesabında paylaşıb.
Kadrlarda sürücü görünməsə də, avtomobilin yolun kənarında olan əraziyə çıxaraq hərəkət etdiyi öz əksini tapıb. Şamsuarov bu hərəkəti ilə digər avtomobillərə təhlükəli anlar yaşadıb.
Qeyd edək ki, Şamsuarov mütəmadi olaraq yolda etdiyi qayda pozuntuları ilə gündəmə gəlir. R.Şamsuarov fevral ayında qaydanı pozduğu və polislə mübahisə etdiyi üçün 300 saat azadıqdan məhrum edilmişdi.(missiya)
2016-cı ilin mayın 26-də içərisində Ruslan Şamsuarovun və onun dostlarının olduğu maşın Rusiyanın paytaxtının küçələrində yol polisinə çətin anlar yaşadıb. "Mercedes Gelandewagen" polislərlə küçələrdə "ölüm yarışına" çıxıb. Polis maşınları onların içində olduğu nömrəsiz bahalı maşını qovub.
Onlar nömrəsiz maşınla polisdən qaçmağa çalışsalar da bu alınmayıb. Polis onları qovan və saxlayan zaman gənclər "Periscope" sosial şəbəkədən canlı yayıma çıxıblar. Onlar baş verənləri anbaan çəkərək paylaşıblar. Hətta Ruslan polislər onları saxlayandan sonra da baş verənləri çəkərək paylaşıb.
Olay barədə məlumat video "Youtube” kanalına qoyulandan sonra məlum olub.
Hadisədən sonra 20 yaşlı Ruslan açıqlama verərək adıçəkilən erməni qızın onların yanında olmadığını demiş və əməlinə görə üzr istəmişdi. Qeyd edək ki, "Lukoil" şirkətinin prezidenti azərbaycanlı milyarder Vahid Ələkbərovdur.
Rubrika.Az
Facebook-da paylaş














