Manşestr terrorunun arxasından İŞİD çıxdı - 22 ölü...

Terrorçu qurum bu yolla cəbhədəki və dünyadakı tərəfdarlarına “hələ güclüyük” mesajı verir...
İngiltərənin Mançester şəhərində baş verən terror aksiyasında ölənlərin sayı 22 nəfərə çatıb. 59 nəfər insan isə yaralıdır. Ötən gün keçirilən Thlükəsizlik Şurası toplantısından sonra açıqlama verən baş nazir Tereza Mey hadisənin terror hücumu olduğunu bildirib.
Baş nazir artıq terrorçunun kimliyinin bəlli olduğunu, ancaq istintaqın davam etməsi səbəbindən adının açıqlanmadığını bildirib. O, yeni terror təhlükəsinin hələ də çox güclü olduğunu, bu səbəbdən qabaqlayıcı tədbirlərin davam etdiyini də söyləyib.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 01.30-da Mançester şəhərinin mərkəzi idman sarayında Amerikalı müğənni Ariana Qrandenin konserti zamanı baş verib. Konsertdə əsasən gənclər, yeniyetmələr və onların valideynləri olub. Bu səbəbdən də terrorda ölənlərin əksəriyyəti 13-18 yaşlılar olub. İlkin məlumatlara görə, terror əldəqayırma partlayıcı ilə insanlar konsert zalından çıxan zaman işə salınıb. Polis mənbələri partlayışın terror aktı olduğunu və kamikadze tərəfindən törədildiyini bildirib.(musavat)Baş nazir Mey terrorçunun bir nəfər olduğunu bildirib. Eyni zamanda dünən media Mançester əyalət polis mərkəzinin terrorla əlaqəsi olması şübhəsiylə 23 yaşlı bir nəfəri həbs edib.
Terror aktı ilə əlaqədar baş nazir də daxil olmaqla, bütün siyasi partiyalar seçki kampaniyasını dayandırıb. Ötən gün eyni zamanda Mançesterdə Ticarət mərkəzində bomba həyəcanı yaşayıb, bir nəfər həbs olunub.
Mançester terroru bu il İngiltərədə baş verən ikinci terror aksiyasıdır. Bundan əvvəl mart ayında paytaxt Londonda baş vermişdi. İŞİD terror təşkilatının üzvü Xalid Məsud “Ceep”lə Vestminster körpüsündə piyadaların üstündən keçmişdi. Onun maşını parlamentin hasarına dəyərək dayanmışdı. Daha sonra parlament binasına girməyə cəhd edən terrorçu güllələnmişdi. Hadisə nəticəsində biri polis olmaqla 4 nəfər həyatını itirmişdi.
Ancaq indiki hücumun İŞİD və ya başqa qruplaşma tərəfindən törədildiyi haqda məlumat verilməsə də, günorta saatlarında terror təşkilatına məxsus Telegram sosial şəbəkəsindən terrorla bağlı məlumat yayılıb. Yayılan açıqlamada “Xilafətin əsgəri bombanı kütlənin ortasına atdı” deyə qeyd olunur. “Reuters” agentliyi İŞİD-in İngiltərəni yeni terrorla təhdid etdiyini yazıb.
Britaniya kraliçası Yelizaveta da açıqlama yayaraq terror aktını pisləyib. Eyni zamanda kraliça xilasetmə və tibb xidmətlərinə, eləcə də Maneçstr əhalisinə terror zamanı göstərdiyi insanpərvərlik hərəkətinə görə təşəkkür edib.
Almaniya baş naziri Angela Merkel, Rusiya prezidenti Putin, Türkiyə prezidenti Ərdoğan İngiltərədə baş verən terrorla əlaqədar başsağlığı veriblər.
Yada salaq ki, son bir ilə qədər Avropada İŞİD əsasın Fransanı, daha sonra isə Belçikanı hədəfə alıb. Ancaq bu ilin əvvəlindən artıq İngiltərədə iki terror aktının qeydə alınması İŞİD-in hədəfində olan əsas ölkənin Britaniya olduğunu göstərir. Maraqlıdır ki, Britaniya məhz Avropa Birliyindən ayrılma qərarı “Brexit”dən sonra hədəfə çevrilməyə başlayıb. Məlumdur ki, İngiltərə Avropada müsəlmanın ən çox yaşadığı ölkələrdən biridir, İŞİD-ə qoşulanlar arasında çoxlu sayda ikinci, üçüncü nəsil müsəlman mühacir ailələrinin övladları və yaxud dinini dəyişmiş ingilislər də var. Bundan başqa, Britaniya ABŞ-ın ən yaxın müttəfiqi hesab olunur, Yaxın Şərqdə antiterror koalisiyasının əsas fəal üzvlərindən biri də İngiltərədir.
Hazırda İraq ərazisində, Mosul şəhərində tamamilə sıxışdırlan İŞİD bu ölkədə gücünü demək olar ki, itirib, Mosulun təmizlənməsi ilə onun İraqda böyük bir məğlubiyyət yaşaması qaçılmazdır. Belə birə vəziyyətdə diqqəti yayındırmaq, eləcə də təşkilatın hələ də güclü olduğunu nümayiş etdirmək, həm Yaxın Şərqdə, həm də dünyadakı tərəfdarlarına güclü olduğu mesajını vermək üçün İŞİD-in ara-sıra uzaq ölkələrdə, xüsusən də Avropa kimi rifah ölkələrində terror törətməsi müşahidə olunur.
Rubrika.Az
Facebook-da paylaş












