Ərdoğan stadionlardan bu adı qaldırır: "Bu söz nə deməkdir?"
![]()
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "arena" adının stadionlardan qaldırılacağını açıqlayıb.
Ərdoğan nazirlərə stadionların adlarından "arena" sözünün götürüləcəyi barədə təlimat verdiyini bildirib.
"Arena" adını stadionlardan qaldıracağıq. Nə deməkdir ki, arena? "Arena" sözü baxın, nə məna verir?" - Ərdoğan qeyd edib.
Adının "Qasımpaşa" stadionuna qoyulmasından qürur duyduğunu deyən Ərdoğan bəzi nüanslara fikir bildirib: "Arena" deyil bura, stadiondur. Biz "arenalar"ın əleyhinəyik. Nazirə də göstəriş vermişəm. Arenalarda keçmişdə nələr etdiklərini bilirsiniz, deyilmi? İnsanları parçaladıqlarını bilirsiniz. Bizim dilimizdə belə bir şey yoxdur".
Rubrika.Az
Facebook-da paylaş











