13 yaşlı uşaq intihar etdi
![]()
Goranboy rayonunda intihar hadisəsi baş verib.
Hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb. 2004-cü il təvəllüdlü Nəbiyev Rəşad Eldar oğlu yaşadığı evin bağında özünü ağacdan asaraq intihar edib.
R.Nəbiyevin ürəyində qüsur olduğu bildirilir.(APA)
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
RUBRİKA.AZ
Facebook-da paylaş













