AFFA ingilislərdən imtina etdi, amerikalılarla anlaşdı
Bir neçə ildir ki, "Umbro" şirkəti ilə əməkdaşlıq edən AFFA bu markadan imtina edib.
AFFA bundan sonra "Nike" ilə əməkdaşlıq edəcək. Bu barədə qurumun rəsmi saytında açıqlama yayılıb:
"Bir neçə ildir ki, Umbro şirkəti ilə əməkdaşlıq edən AFFA Azərbaycan milli komandası üçün Avro-2016-nın seçmə mərhələsinin sonuna qədər kifayət edəcək sayda geyim əldə etmişdi.
Mövcud geyim dəstlərindən qənaətlə istifadə olunduğu üçün millimizin DÇ-2018-in geridə qalan oyunlarında da Umbro şirkətinin istehsalı olan formalardan istifadə olunub. Seçmə mərhələnin digər qarşılaşmaları üçün forma almaq məqsədilə AFFA bir neçə, o cümlədən Umbro və Nike şirkətləri ilə danışıqlar aparıb.
Nike şirkəti Umbro ilə müqayisədə tələb olunan geyimləri daha tez və 11 faiz ucuz qiymətə təmin etdiyi üçün AFFA ilə Nike arasında razılıq əldə olunub. Beləliklə, Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsində iyunun 10-da Şimali İrlandiya yığmasına qarşı keçirəcəyi oyundan başlayaraq mövsümün sonuna qədər meydana Nike istehsalı formada çıxacaq".
Rubrika.Az
Facebook-da paylaş








