Antalyada rusiyalı turistlər qəzaya uğrayıb - Xəsarət alanlar var

Türkiyənin Antalya vilayətində baş vermiş qəza nəticəsində 5 rusiyalı turist xəsarət alıb.
Xəsarət alanlar arasında iki uşaq da olub.
Qeyd olunur ki, içərisində 24 turistin olduğu avtobus yük maşını ilə toqquşub.
Xəsarət alanların vəziyyətinin ağır olmadığı deyilir.
Avtobusda həmçinin ukraynalı və qazaxıstanlı turistlər də olub.
Rubrika.Az
Facebook-da paylaş














