“ASAN xidmət” 3 gün işləməyəcək
![]()
Ramazan Bayramı və Silahlı Qüvvələr Günü münasibəti ilə 26, 27, 28 iyun “ASAN xidmət” mərkəzlərində, “ASAN Kommunal” mərkəzlərində isə 25, 26, 27, 28 iyun qeyri-iş günü olacaq.
Bu barədə Rubrika.az-a “ASAN xidmət”in İnformasiya təminatı şöbəsindən bildirilib.
Qeyd olunub ki, 29 iyun tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.
Rubrika.az
Facebook-da paylaş














