“Yediyiniz yemək uşağınız idi” – İŞİD-dən dəhşətli işgəncə

İraqlı millət vəkilinin televiziyanın canlı efirində söylədiyi İŞİD qəddarlığı ilə bağlı fakt aparıcını göz yaşlarına boğub.
Rubrika.az xəbər verir ki, İraqlı millət vəkili Vian Dakhil İŞİD terrorçularının qəddar işgəncələrindən danışıb.
O bildirib ki, terrorçular əsir qadınları bir neçə gün ac saxlayıb, sonra onlara qəfildən yemək gətirirlər. Dəhşətli aclıqdan sonra yeməyi düşünmədən acgözlüklə yeyən qadınlara sonda həmin yeməyin onların körpəsindən bişirildiyi bildirilir.
Onun qadınlardan birinin həyat hekayəsi əsasında danışdığı bu qəddarlıq canlı efirdə kişi aparıcını göz yaşlarına qərq edib.
Rubrika.az
Facebook-da paylaş












