Ərdoğana çətin sual: Trampa güvənir, yoxsa Putinə?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın “Die Zeit” qəzetinə müsahibə verib
Rubrika.az MilliYol.Az-a istinadən xəbər verir ki, Ərdoğan müxbirin “ABŞ Prezidenti Donald Trampa, yoxsa Rusiya Prezidenti Vladimir Putinə daha çox güvənirsiniz?” sualına belə cavab verib:
“Belə suallar verib bizi çətin vəziyyətə salmayın. Türkiyə olaraq Rusiya ilə də, ABŞ-la da münasibətlərimizi ən yaxşı şəkildə inkişaf etdiririk. Rusiya ilə Qara dənizdən həmsərhədik. Turizm sahəsində Almaniyadan sonra ən çox Rusiya ilə əlaqələrimiz var. Hazırda ABŞ-la xarici ticarətin həcminin səviyyəsi aşağı düşüb. Türkiyə ilə Rusiya arasında xarici ticarətlə bağlı 100 milyard dollar həcmində razılaşma var. Dünyada bütün ölkələr kimi biz də öz mənfəətimizi düşünürük”.
Rubrika.az
Facebook-da paylaş







