Bakıda marşrut avtobusu dayanacaqda piyadanın üstünə çıxdı

Bakıda marşrut avtobusu ağır qəza törədib.
RUBRİKA.AZ Lent.az- a istinadən xəbər verir ki, dünən saat 20 radələrində Binəqədi rayonu ərazisində, Bakı-Şamaxı yolunun 9-cu kilometrliyində dayanacaqda Abşeron rayon sakini Ceyhun Şirəliyev idarə etdiyi “İsuzu” markalı, 50 BD 389 dövlət nömrə nişanlı xətt avtobusunu arxaya verərkən Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Eldar Kərimovu vurub. Xəstəxanaya yerləşdirilən E.Kərimov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş












