“Serjik qatildir, əclafdır” – Ermənistan prezidentinin iqamətgahı önündə AKSİYA
![]()
Bu gün Ermənistanda mühəndis-sahibkar olan Vardqes Qaspari prezidenti Serj Sarkisyanın iqamətgahınn qarşısında aksiya keçirib.
Baqramyan küçəsində yerləşən iqamətgahın önünə gələn Qaspari yerə uzanaraq, üzərində “Serjik qatildir, Serjik əclafdır” sözləri yazılan plakatları əlində qaldırıb.
V.Qasparinin etiraz etdiyi yerdən hər gün Sarkisyanın avtomobil karvanı keçir.
“Məni Sarkisyana yaxınlaşmağa qoymurlar, artıq mən də buna cəhd etmirəm. Sadəcə bilməyini istəyirəm ki, üç milyon əhali Sarkisyandan ağılsız deyil. Bilsin ki, bu ölkənin bir vətəndaşı onu qatil və əclaf hesab edir”, - deyə o bildirib.
Rubrika.az
Facebook-da paylaş








