Evlənmək istəyənlərin 209-da QİÇS, 1143-də sifilis aşkarlandı

Bu ilin birinci yarısında nikaha daxil olmaq üçün tibbi müayinədən keçənlərin 259-da sifilis, 46-da isə HİV/QİÇS aşkarlanıb.
Səhiyyə Nazirliyindən verilən məlumatda deyilir ki, ümumilikdə 63137 nəfər müayinələrə cəlb edilib. Onlardan 1853-də talassemiya daşıyıcılığı qeydə alınıb.
2015-ci ilin iyunundan ötən ayadək müayinədən keçənlərdən 12036 nəfərdə talassemiya daşıyıcılığı, 1143 nəfərdə sifilis, 209 nəfərdə isə QİÇS aşkarlanıb.
Qeyd edək ki, “Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” qanunun tətbiqi ilə nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçməsi məcburi olub.
Rubrika.Az
Facebook-da paylaş










