ABŞ-dan növbəti Bağdadi açıqlaması: Bilsəydik...

Bağdadinin ölməsi ilə bağlı əlimizdə sübut yoxdur.
Bunu Pentaqon rəhbəri Ceyms Mattis jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Bağdadinin ölümü ilə bağlı dəqiq fakt olan kimi cəmiyyətə çatdırılacaq:
“Hazırda dəqiq heç nə deyə bilmərəm. Biz spekulyasiya etmirik. Bilsəydik, sizə deyərdik”.
Qeyd edək ki, Rusiyanın 28 mayda Rakkaya endirdiyi aviazərbələr nəticəsində Bağdadinin ölümü haqqında informasiya yayılmışdı. Rusiya Xarici İşlər Nazirliyi faktın araşdırıldığını bildirmişdi.
İran dövlət televiziyası isə İŞİD lideri Bağdadinin öldüyünü təsdiqləyən fotolar yaymışdı.
Rubrika.Az
Facebook-da paylaş













