Gecələr Yasamalda oğrun-oğrun ağac kəsimi gedir — FOTO
10:37 Bölmə: Ölkə Oxunma sayı: 869 A-AA+
"Ölkə.Az" xəbər verir ki, ərazidə iş əsasən gecə saatlarında aparılır, səhərlər hündürmərtəbəli qonşu binalardan ərazinin içərisində ağacların azaldığı aydın şəkildə görünür.
Hasarlanmış sahənin içərisinə ekskavator yerləşdirilib, mexaniki mişarların səsilə diqqəti çəlb etməmək üçün, hər gecə 3-4 ağacı ekskavatorla yıxırlar.
Sahə 1 ay öncə hasarlanıb və artıq 1 həftədir ki, yaşıllıq sahəsi məhv edilməyə başlanılıb. Sakinlərin fikrincə, həmin ərazidə yeni hündürmərtəbəli bina inşa olunacaq.
Ərazidə hansı şirkətin iş apardığı isə məlum deyil. Çünki ərazidə iş gecə saatlarında və gizlin aparılır.
Qeyd edək ki, yaşıllığın qorunması ilə bağlı dövlət başçısı İlham Əliyev dəfələrlə sərəncam və fərmanlar imzalayıb. Məhz Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində yaşayış binasının tikintisi də İlham Əliyevin göstərişi ilə dayandırılmışdı. Buna səbəb tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsi idi. Bu əməlinə görə tikinti aparan şirkətə 130 min manat məbləğində cərimələnmişdi, fakt üzrə isə cinayət işi açılmışdı.
Rubrika.Az
Facebook-da paylaş















