Zığdakı “Əli qədəmgahı” ziyarətgahının qeydiyyatı ləğv olunub

Bakıda ziyarətgahlardan birinin dövlət qeydiyyatı ləğv olunub.
Rubrika.Az “Report-a istinadəb xəbər verir ki, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən “Əli qədəmgahı” ziyarətgahının qeydiyyatı həmin ziyarətgahın təsisçilərinin 14 iyul 2017-ci il tarixli ümumi yığıncağının qərarı ilə ləğv edilib.
Qeyd edək ki, “Əli qədəmgahı” 8 may 2002-ci il tarixli 111 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdı.
Mənbə ləğvetmənin səbəblərini açıqlamır.
Rubrika.Az
Facebook-da paylaş















