Bakıda bir nəfər güllələndi
![]()
Bakının Sabunçu rayonunda güllələnmə hadisəsi baş verib
Rubrika.az APA-ya istinadən bildirir ki, Bakıxanov qəsəbəsinin Mahir Əmirov küçəsində naməlum şəxslər arasında mübahisə yaranıb. Nəticədə 29-30 yaşlarında olan kişiyə pnevmatik tapançadan açılıb. Həmin şəxs baş və bədən nahiyəsindən xəsarətlər alıb və 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır.
Hadisə yerinə Sabunçu rayonu polis idarəsinin 13-cü polis bölməsinin əməkdaşları cəlb olunub. Hadisəni törədən şəxslərin axtarışına başlanılıb.
Yaralını xəstəxanaya Post Patrul Xidmətinin əməkdaşları çatdırıblar.
Rubrika.Az
Facebook-da paylaş
















