Müsəlmanların məscidə girişinə qadağa- İsraildən SƏRT ADDIM
![]()
İsrail hökuməti Məscidi- Əqsa ilə bağlı proseslərin davamı olaraq, müsəlmanları hiddətləndirəcək daha bir addıma əl atıb. Ölkədə 50 yaşdan aşağı olan müsəlmanların məscidə girişinə qadağa qoyulub.
Rubrika.az Moderator.az-a istinadən xəbər verir ki, İsrailin metal axtarış detektor tətbiqinə reaksiya göstərən fələstinlilər, bazar günündən bu yana namazlarını Məscid-i Əqsanın qapılarında qılırlar.
İsrail polisi Qüdsün Köhnə Şəhər bölgəsinə açılan qapılarda barikada qurub. Şəhərin üzərində polis helikopterləri görünüb. On minlərlə fələstinlinin küçələrdə namaz qılmasına görə İsrail polisiylə əhali arasında qarşıdurma yaranacağı gözlənilir.
RUBRİKA.AZ
Facebook-da paylaş














