ABŞ bu ölkələrə qarşı sanksiyaları sərtləşdirdi
![]()
ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya, İran və Şimali Koreyaya qarşı birtərəfli sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Rubrika.Az Trend-ə istinadən xəbər verir ki, Nümayəndələr Palatasında qanun layihəsi səs çoxluğu ilə qəbil edilib. Belə ki, 419 səs qanun layihəsinin lehinə, 3 səs əleyhinə olub.
Qeyd edək ki, bundan sonra sənədə Senatda baxılmalıdır.
Rubrika.Az
Facebook-da paylaş













