“Daha çox qol vura bilərdik" - "Panatinaikos"un baş məşqçisi

“Daha çox qol vura bilərdik. Ümumiyyətlə isə düşünürəm ki, yaxşı oynadıq”.
Rubrika.az musavat.com-a istinadən bildirir ki, bu sözləri “Panatinaikos”un baş məşqçisi Marinos Uzunidis Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Qəbələ" ilə ilk oyundan (1:0) sonra Yunanıstan mətbuatına deyib.
O, cavab görüşü öncəsi kiçik üstünlüklərinin olduğunu bildirib: "Ancaq rəqib çox təhlükəli komandadır. Kiçik bir boşluqdan yararlanmağı bacarırlar. Ona görə də Bakıdakı oyunda onlara belə imkanlar verməməliyik”.
Rubrika.AZ
Facebook-da paylaş











