Yuri Qaqarinin həyat yoldaşı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb..

Kosmosa uçmuş ilk insan, Sovet İttifaqı Qəhrəmanı Yuri Qaqarinin həyat yoldaşı Valentina Qaqarina ağır vəziyyətdə Moskvadakı xəstəxanalardan birinə çatdırılıb.
Rubrika.az Musavat.az-a istinadən xəbər verir ki, 82 yaşlı V.Qaqarinanın kəskin ürək çatışmazlığından əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, Valentina Qaqarina uzun illər Uçuşların İdarəolunması Mərkəzində biokimyaçı laborant vəzifəsində çalışıb. Əri haqqında “108 dəqiqə və bütöv bir həyat” adlı kitabın müəllifidir. Yuri Qaqarinin vəfatından sonra heç bir mətbu orqanına müsahibə verməyib.
Rubrika.az
Facebook-da paylaş








